27 Aprel 2024
İranlı idmançı İsrailə görə cəzalandırıldı

İranlı idmançı İsrailə görə cəzalandırıldı

30 Avqust 2023
Baxış: 950

İranlı atlet Mustafa Rəcayi Ləngrudinin idman yarışlarına qatılması və idman mərkəzlərinə girişinə ömürlük qadağa qoyulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Buna atletin Polşada keçirilən ağır atletika üzrə dünya çempionatında medalların təqdim edilməsi zamanı İsrail təmsilçisi ilə xatirə şəkli çəkdirməsi səbəb olub.

İslam Respublikasının Ağır Atletika Federasiyası Polşaya göndərilən İran komandasının rəhbəri Həmid Salehiniyanı da vəzifəsindən azad edib.

Federasiya məsələ ilə bağlı yaydığı bəyanatda israilli idmançılarla hər hansı formada ünsiyyətdə olan iranlı idmançılara qarşı daha sərt cəza tədbirlərinin tətbiq ediləcəyini vurğulayıb.axar.az