27 Aprel 2024
İranlı general təhdidlə DANIŞDI: "Biz Azərbaycana..."

İranlı general təhdidlə DANIŞDI: "Biz Azərbaycana..."

22 Sentyabr 2022
Baxış: 374

İran regionda sərhədlərin dəyişməsinə və qeyri-sabitliyə imkan verməyəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İran Ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Baqiri deyib.

"İranın silahlı qüvvələri mehriban qonşuluq prinsiplərinə və beynəlxalq normalara hörmət edərək bəyan edir ki, onlar heç bir qeyri-sabitliyə və sərhədlərdə dəyişikliklərə yol verməyəcəklər. Biz Ermənistan və Azərbaycana problemlərini sülh yolu ilə həll etməyi məsləhət görürük", - Baqeri bildirib.


General qeyd edib ki, İran regionun inkişafında maraqlıdır.

“Tehran münaqişələr və müharibələr törətmir, lakin onlar başlayanda da susmur. İranın hərbi gücü yalnız müdafiə üçün nəzərdə tutulub”, - deyə o vurğulayıb.