28 Aprel 2024
İranla hərbi-texniki əməkdaşlığı davam etdirəcəyik - Rusiya

İranla hərbi-texniki əməkdaşlığı davam etdirəcəyik - Rusiya

15 Noyabr 2021
Baxış: 477

Rusiya beynəlxalq hüquqa və iki ölkənin milli qanunvericiliyinə ciddi riayət etməklə İranla hərbi-texniki əməkdaşlığı davam etdirəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.

“İranla hərbi-texniki əməkdaşlığın perspektivlərinə gəlincə, cavab vermək lazımdır ki, istənilən şəraitdə əməkdaşlıq hər iki dövlətin mövcud qanunvericiliyinin normalarına, tərəflərin beynəlxalq öhdəliklərinə ciddi əməl olunması əsasında həyata keçiriləcək”, – Mixeyev bildirib.