09 May 2024
İranın ali dini rəhbəri Xamenei Türkiyə və İsrailə görə Azərbaycanı AÇIQ TƏHDİD ETDİ

İranın ali dini rəhbəri Xamenei Türkiyə və İsrailə görə Azərbaycanı AÇIQ TƏHDİD ETDİ

04 Oktyabr 2021
Baxış: 915

Xamenei Azərbayanı açıq şəkildə təhdid edir.

İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxış edən Xamenei deyir:

- İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yolu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır.

Xamenei dəstək verdikləri Ermənistanı nəzərdə tutmadığına görə, şimal-qərbdə qonşu ölkə Azərbaycandır və “xarici güclər” də Türkiyə və İsraildir: İsrailin bölgədə mövudluğu Tehranın iddia etdiyi formada deyil, Türkiyənin bölgədə mövudluğuna qarşı çıxırlar və bunu “sionist” iddiası ilə etməklə inanclı kəsimi də səfərbər etməyi planlaşdırırlar.

Xamenei ardınca “cəza” mesajını verir:

- Başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər yaxında sillə yeyərək, cəzalarını görəcəklər;

- Hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək.

İranın dini rəhbərinin bu mesajının Bakıya ünvanlandığı bəllidir və açıq-açıq təhdid edir. “Qardaş” sözləri də Azərbaycanın inanclı kəsiminə ünvanlanıb.

Baş verənlərə Xameneinin reaksiya verməsi o deməkdir ki, İrandan Azərbaycana qarşı total hücum daha da genişlənəcək: bu, sərhədlə yanaşı, daxildə də təhlükəsizliyə təhdidlər yarana biləcəyi gözləntisini artırır.

Asif Nərimanlı,

siyasi şərhçi

AJMEDİA.İNFO

Teqlər: Xamenei