29 Aprel 2024
İranda SEPAH polkovnikinin qətlindən sonra İsrail HƏRƏKƏTƏ KEÇDİ - ƏTRAFLI

İranda SEPAH polkovnikinin qətlindən sonra İsrail HƏRƏKƏTƏ KEÇDİ - ƏTRAFLI

24 May 2022
Baxış: 433

Həsən Sayad Xodai adlı SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) polkovnikinin mayın 22-də Tehranda qətlə yetirilməsindən sonra İsrail hökumətinin başqa dövlətlərdəki səfirlik və konsulluqları hazırlıq vəziyyətinə gətirilib.

AJMEDİA.İNFO xəbər verir ki, İranın müxalif media orqanı olan “İran İnternational”da yer alan xəbərə görə, bazar günü Tehranda güllələnərək öldürülən SEPAH polkovniki 2012-ci ildə bir neçə ölkədə İsrail səfirlərinə qarşı silsilə hücumların arxasında dayanıb.

Məlumata görə, Tehranın mərkəzində qətlə yetirilən polkovnik Həsən Sayad Xodai 2012-ci ildə Yeni Dehlidə İsrail diplomatını hədəf alan və səfirin həyat yoldaşının yaralanmasına səbəb olan bomba yüklü avtomobilə görə məsuliyyət daşıyıb. Onun bir gün sonra Tailandda İsrail elçilərini öldürməyə yönəlmiş bir sıra uğursuz partlayışların arxasında da olduğu bildirilir.

İran Prezidenti İbrahim Rəisi bazar ertəsi günü Xodainin öldürülməsinə görə qisas alacağını vəd edərək, “təhlükəsizlik rəsmiləri tərəfindən (qatillərin) ciddi təqibində” israr edib.

Xodainin öldürülməsi 2020-ci ilin noyabrında baş nüvə alimi Möhsün Fəxrizadənin məhv edilməsindən sonra İran daxilində ən səs-küylü qətldir.

Mənbə: The Times of İsrael