29 Aprel 2024
İranda qətlə yetirilən Hədis Nəcəfi bu görüntüləri ilə gündəm olmuşdu... - VİDEO

İranda qətlə yetirilən Hədis Nəcəfi bu görüntüləri ilə gündəm olmuşdu... - VİDEO

26 Sentyabr 2022
Baxış: 342

20 yaşlı gənc qız Hədis Nəcəfi Kərəc şəhərində keçirilən etiraz aksiyaları zamanı polis tərəfindən güllələnərək öldürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, Hədis Nəcəfinin qətlə yetirilməsi xarici mediada və sosial şəbəkələrdə böyük rezonans doğurub.

Belə ki, Nəcəfi İrandakı aksiyaların yeni simvoluna çevrilmişdi. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Hədis Nəcəfinin saçlarını yığaraq aksiyaya qoşulması barədə görüntülər yayılıb. Onun hicabsız halda cəsarətlə aksiyaya qatılması böyük maraqla qarşılanmışdı.

Nəcəfinin ölümündən sonra sosial şəbəkələrdə “Məhsa Əmini ilə başladı, Hədis Nəcəfi ilə davam edir” kimi şüarlar səsləndirilib.