27 Aprel 2024
İranda narazı xalq küçələri yandırır: "Xameneiyə ölüm" şüarı səslənir - VİDEO

İranda narazı xalq küçələri yandırır: "Xameneiyə ölüm" şüarı səslənir - VİDEO

13 May 2022
Baxış: 579

İranda son qiymət artımına etiraz əlaməti olaraq ölkənin Çaharmahal və Bəxtiyari əyalətinin Cunəqan şəhər sakinləri hökumətin könüllü Bəsic qüvvələrinin şəhərdə yerləşən bazasına hücum edərək tamamilə dağıdıb, daha sonra isə bazanı yandırıblar.
AJMEDİA.İNFO Azad İran telegram kanalına istinadən xəbər verir ki, hadisə mayın 12-də meydana gəlib və şəhərin bahalığa etiraz edən narazı əhalisi hökumətə etiraz olaraq müxtəlif şüarlar səsləndirib, daha sonra Bəsic qüvvələrinin bazasına hücum ediblər.

Cunəqan gəncləri daha sonra bazanın lövhələrini dağıdaraq küçələrə atıb, qapı və pəncərələri sındırıb.

Hakimiyyətin hadisə yerlərinə əmniyət güclərini cəlb etməsindən sonra polislərin ilk öncə gözyaşardıcı qazdan istifadə etdiyi, daha sonra isə havaya atəş açaraq əhalini qorxutmağa çalışdığı qeyd olunub. Əldə edilən son məlumatlara görə, şəhərdə internet məhdudlaşdırılıb və təhlükəsizlik qüvvələri narazı əhalini həbs etməyə başlayıb.AMİA.az