29 Aprel 2024
İranda 10 mərtəbəli bina çökdü - Ölən və yaralananlar var + VİDEO

İranda 10 mərtəbəli bina çökdü - Ölən və yaralananlar var + VİDEO

23 May 2022
Baxış: 445

Bu gün İranın Abadan şəhərində “Metropol” biznes mərkəzinin 10 mərtəbəli binası çöküb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Hazırda çökən binanın yaxınlığında yerləşən yaşayış və kommersiya xarakterli binalardan təxliyə əməliyyatı həyata keçirilir.

Ölən və yaralananların sayının artacağı gözlənilir.

Qeyd edək ki, bu gün Sistan və Bəlucistan əyalətinin Sarcanqal məntəqəsi yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.