27 Aprel 2024
İrana xəbərdarlıq: “Son tarix müzakirə olunur, bir neçə həftə qalıb”

İrana xəbərdarlıq: “Son tarix müzakirə olunur, bir neçə həftə qalıb”

23 Dekabr 2021
Baxış: 717

ABŞ hökuməti İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün son tarixi verməyib, amma bu mövzunu qapalı formatda müzakirə edir.

AJMEDİA.İNFO “Röyter”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, bir neçə həftə sonra razılaşmanı bərpa etmək imkanı olmayacaq.

Sallivan İsrailə səfəri zamanı jurnalistlərə deyib: “İctimaiyyətə açıqlanmasa da, bağlı qapılar arxasında tarixi müzakirə edirik və bunun üçün vaxtın azaldığını deyə bilərəm”, - Amerika rəsmisi qeyd edib.

Jurnalistlər nə qədər vaxtın qaldığını soruşduqda Sallivan “Bir neçə həftə” cavabını verib.(teleqraf.com)