27 Aprel 2024
İran XİN Azərbaycanla münasibətlər barədə: “Açıq müstəvidə gərginlik mərhələsi başa çatdı”

İran XİN Azərbaycanla münasibətlər barədə: “Açıq müstəvidə gərginlik mərhələsi başa çatdı”

27 Oktyabr 2021
Baxış: 594

Azərbaycanla İran arasında açıq müstəvidə cərəyan edən gərginlik mərhələsi başa çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda keçirilən mətbuat konfransı zamanı bəyan edib.

Qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair toplantısının yekunlarına dair brifinqdə çıxış edən nazir bildirib ki, azərbycanlı həmkarı Ceyhun Bayramovla təmasları olub və mövcud problemlər tədricən öz həllini tapacaq.

O qeyd edib ki, hazırki İran hökuməti qonşularla münasibətlərin inkişafını hədəfləyir. TASS