28 Aprel 2024
İran İordaniyaya hücum edib - II Abdulla

İran İordaniyaya hücum edib - II Abdulla

26 İyul 2021
Baxış: 699

İranın pilotsuz uçan aparatları İordaniyaya hücum edib.

AJMEDİA.İNFO xəbər verir ki, bunu CNN-ə müsahibəsində İordaniya kralı II Abdulla deyib. Onun sözlərinə görə, bu, Tehranın regiondakı fəaliyyəti ilə əlaqədardır:

“İordaniya hər zaman dialoqu dəstəkləyir, amma bizim regionda çox məsələlərlə bağlı qanuni narahatlığımız var. Amerikalıların bunu iranlılarla müzakirə edəcəyinə ümid edirəm”.

O, İranın nüvə proqramının İsraillə bərabər, Fars körfəzinə də toxunduğunu bildirib.

Kral İranın ballistik texnologiyasının əhəmiyyətli dərəcədə yaxşılaşdığını söyləyib:

“Buna bizim ölkələrin çoxuna edilən kiberhücumları əlavə edin. Sərhədlərimizdə atışmalar artıb və təəssüf ki, İordaniyaya da dron hücumu olub”.(axar.az)