28 Aprel 2024
İran iki iranlı alimi zəhərləməkdə İsraildən şüphələnir

İran iki iranlı alimi zəhərləməkdə İsraildən şüphələnir

14 İyun 2022
Baxış: 423

İran rəsmiləri İsrailin iki iranlı alim Ayub Entezari və Kamran Ağhamolai-ni öldürməsini düşünürlar. İran İsrailin alimləri zəhərlədiyindən şübhələnir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “New York Times” İran rəsmisinə və hökumətlə əlaqəli digər iki mənbəyə istinadən xəbər verib.

Mühəndis Ayub Entezari və geoloq Kamran Ağamolai ayrı-ayrı hadisələrdə, lakin oxşar şəraitdə həlak olublar. Onların işinin təfərrüatları, ölüm şəraiti və hökumətlə əlaqələri işləri qeyri-müəyyən olaraq qalır. Ölümündən əvvəl onlar həm gənc, həm də sağlam oluqları bildirilir.

35 yaşlı Entezari Yəzd şəhərində şam yeməyinə qatıldıqdan sonra xəstələnib və mayın 31-də dünyasını dəyişib. Entezarinin Yəzddə bir araşdırma və inkişaf mərkəzində işlədiyi, burada raket və dronların hazırlanması üzərində çalışdığı bildirilir.

Kamran Ağamolayın hekayəsi daha da şübhəlidir. 31 yaşlı geoloq Təbriz şəhərinə işgüzar səfərindən sonra Tehrana gedib və orada şiddətli ürəkbulanma və ishalla xəstələnib. Xəstəlik onun orqanları sıradan çıxardığı bildirilir. Ağamolai iyunun 2-də vəfat edib. Mətbuatın yazdığına görə, o, Natanzdakı nüvə obyektində işləyib. Mərhumun dostları bunu təkzib ediblər.

İddia edilən qətllər İranda son həftələrdə baş verən müəmmalı ölümlər və İsraillə İran arasında gərginliyin artması fonunda baş verib.