27 Aprel 2024
İran HƏRƏKƏTƏ KEÇDİ: onları axtarır...

İran HƏRƏKƏTƏ KEÇDİ: onları axtarır...

05 Aprel 2023
Baxış: 400

“Çoxsaylı təşkilati, güc, birləşmə və beynəlxalq təlimlərin keçirilməsi silahlı qüvvələrin nüfuzunu göstərir və çəkindirmə qabiliyyətini artırır ki, bu da nəticədə ölkəyə təhlükəsizlik gətirir”.

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib. O bildirib ki, silahlı qüvvələrin kosmik proqramı sürətlə inkişaf edir.

“Məşhəd və İsfahan kimi şəhərlərdə silahlı qüvvələr tərəfindən düşmənlərin bir çox casusluq və terror fəaliyyətləri aşkar edilərək zərərsizləşdirilib”, - Baqiri vurğulayıb.

Beləliklə, dünyada terrorla ad çıxaran molla rejimi öz gözündə tiri görməyib, özgə gözündə tük axtarmaqdadır. Azərbaycanda İran casus şəbəkələrinə qarşı keçirilən silsilə əməliyyatlar bu ölkənin terrorçu sifətini faktlarla üzə çıxarır. musavat.com