27 Aprel 2024
İran Azərbaycana bildirib ki, bölgədə əcnəbilərin olması gərginlik və münaqişələrə səbəb olacaq

İran Azərbaycana bildirib ki, bölgədə əcnəbilərin olması gərginlik və münaqişələrə səbəb olacaq

24 Avqust 2023
Baxış: 715

Ümumi sərhədlərdə sülhün və təhlükəsizliyin bərqərar olması yalnız qonşu dövlətlərin birliyi ilə mümkündür və bölgədə əcnəbilərin olması gərginlik və qarşıdurmalara səbəb olacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri deyib.

Çərşənbə axşamı Məhəmməd Baqiri ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Bağeri iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın və əlaqələrin səviyyəsinin bütün sahələrdə inkişaf etdiyini bildirib.

O, həmçinin İslam Respublikası Silahlı Qüvvələrinin Bakıda keçiriləcək birgə hərbi komissiyada iştirak etməyə hazır olduğunu açıqlayıb.

Azərbaycanın müdafiə naziri ölkənin İranla ikitərəfli hərbi və müdafiə əməkdaşlığını genişləndirməyə hazır olduğunu açıqlayıb. "Biz İranı dost ölkə hesab edirik və Tehranla bütün sahələrdə müdafiə əməkdaşlığını alqışlayırıq", - nazir əlavə edib.

Həsənov Baqeri də Bakıya dəvət edib.