27 Aprel 2024
İntihar edən vəkil ailəsindən bunu GİZLƏDİRMİŞ... - Atası DETALLARI DANIŞDI

İntihar edən vəkil ailəsindən bunu GİZLƏDİRMİŞ... - Atası DETALLARI DANIŞDI

02 Yanvar 2024
Baxış: 366

Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun atası İsa Məmmədov Baku TV-yə danışıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, oğlunun intiharına səbəbin müstəntiqə verdiyi pulu geri ala bilməməsi olduğunu deyib:

“İşi düzəltmək üçün müstəntiqə 10 min manat pul verib. Pulu verən adam şikayət edib, Zaur da gedib müstəntiqdən pulu istəyib, amma ala bilməyib. Ona görə də özünə qəsd edib”.

Mərhumun atasının sözlərinə görə, oğlu problemi olduğunu ailəsindən gizlədirmiş:

“Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur”.

Xatırladaq ki, yanvarın 1-də vəkil Zaur Məmmədov intihar edib. O üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.

Z. Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.

Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.