27 Aprel 2024
İngiltərədə İsrailə qarşı ETİRAZ: Mühafizəçilər İsrail səfirini QAÇIRDI - FOTO

İngiltərədə İsrailə qarşı ETİRAZ: Mühafizəçilər İsrail səfirini QAÇIRDI - FOTO

11 Noyabr 2021
Baxış: 569

İngiltərənin populyar London School of Economics universitetində tədbirə qatılan İsrailin səfiri Tzipi Hotoveli binadan çıxarkən qəzəbli kütlə ilə üzləşib.

AJMEDİA.İNFO xəbər verir ki, Fələstin tərəfdarı olan gənclər tədbirin keçirildiyi zala da daxil olmağa cəhd edib.

Məlumata görə, səfir tədbirdə çıxş edərək İsrailin maraqlarını müdafiə edib, xüsusilə İsrail təhlükəsizlik orqanlarının mülki insanları hədəfə almadığını qeyd edərək bildirib ki, beynəlxalq hüquq terror təşkilatının hədəflərini vurmaq imkanı yaradır.

Səfir daha sonra konfransda əyləşib və bu zaman gənclər də zalda əyləşərək onu dinləyib.

Səfir Hotoveli binadan çıxarkən gərgin anlar yaşanıb. Ciddi etirazla üzləşən səfiri mühafizəçiləri dərhal avtomobilə oturdaraq etirazçı kütlənin ortasından qaçıraraq təhlükəsiz ünvana çatdırıblar. Mühafizəçilər diplomatın avtomobilini əhatəyə alıb onunla yanaşı hərəkət ediblər.

(Teleqraf.com)