28 Aprel 2024
İlham Əliyev sabah Rusiyaya səfər edəcək - KREML MƏLUMAT YAYDI

İlham Əliyev sabah Rusiyaya səfər edəcək - KREML MƏLUMAT YAYDI

19 İyul 2021
Baxış: 494

Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin hazırlıqlarını təsdiqləyir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlərin Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüşün olub-olmayacağı sualına Peskov “Bəli, belə bir işgüzar səfərin hazırlıqları gedir”, - deyə cavab verib.

Onun sözlərinə görə, səfər çərçivəsində hər hansı bir sənədin imzalanacağı gözlənilmir.

Səfərin iyulun 20-də baş tutacağı bildirilir.