26 Aprel 2024
İki həftədən sonra Bakıya daha bir aviareys açılır.

İki həftədən sonra Bakıya daha bir aviareys açılır.

20 İyun 2021
Baxış: 812

Dağıstan Respublikasının paytaxtı Maxaçqala ilə Bakı arasında 4 iyul tarixindən birbaşa aviareyslər təşkil ediləcək.

Bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Bildirilir ki, "S7 Airlines" şirkəti tərəfindən həyata keçiriləcək uçuşların ilk reysi iyulun 4-ə Bakı vaxtı ilə 02:05-də nəzərdə tutulub və biletlər artıq satışdadır. Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək.

Xatırladaq ki, Rusiyadan Azərbaycana yollanan və bir yaşdan yuxarı bütün sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.