27 Aprel 2024
İcra başçısının səlahiyyətləri ƏLİNDƏN ALINIB?

İcra başçısının səlahiyyətləri ƏLİNDƏN ALINIB?

02 Fevral 2022
Baxış: 410

Bir müddət əvvəl İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediləndən sonra ona yaxınlığı ilə seçilən Sumqayıtın icra başçısı Zakir Fərəcovun müəyyən səlahiyyətlərinin əlindən alındığı deyilir.

İddia olunur ki, İ.Gülməmmədovanın gedişindən sonra Abşerona qeyri-rəsmi nəzarət imkanları Zakir Fərəcovun əlindən çıxıb, eyni zamanda onun digər səlahiyyətləri də məhdudlaşdırılıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

Məlumata görə, Zakir Fərəcov hazırda iş başında səlahiyyətlərini icra edir və hətta bu gün şəhər gənclərini qəbul etməyi planlaşdırır.