28 Aprel 2024
İcra başçısı PLASTİK ƏMƏLİYYAT ETDİRDİ - VİDEO/FOTO

İcra başçısı PLASTİK ƏMƏLİYYAT ETDİRDİ - VİDEO/FOTO

03 Aprel 2023
Baxış: 422

Xızı rayonunun icra başçısı Xəzər Aslanov plastik əməliyyat keçirib.

AJMEDİA.İNFO "Medicina"ya istinadla xəbər verir ki, bu günlərdə Bakıda yas mərasiminə qatılan məmur yeni görkəmi ilə hamını şoka salıb. Belə ki, plastik əməliyyatdan sonra icra başçısının 80 kq çəki atdığı deyilir. İcra başçısını yeni görkəmində görənlər tanımayıb.

Xəzər Aslanovun əməliyyatı Almaniyada etdirdiyi bildirilir.

Qeyd edək ki, Xəzər Aslanov 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub. 1994–2002-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 2005–2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006–2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyətnin başçısı vəzifəsinə təyin edilib.

Xəzər Aslanov sovet dövründə Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi işləmiş publisist Qəşəm Aslanovun oğludur.

Qeyd edək ki, Xəzər Aslanovun bir müddət əvvəl şəhid ataları ilə kobud davranışı müzakirələrə səbəb olmuşdu.