27 Aprel 2024
Hindistan Ermənistana 1 milyardlıq silah satacaq

Hindistan Ermənistana 1 milyardlıq silah satacaq

30 Avqust 2023
Baxış: 579

Ermənistan Hindistandan 1 milyard dollar dəyərində silah-sursat və hərbi texnika almağa hazırlaşır.

Bununla bağlı Teleqram kanallarında məlumat yayılıb.

Alınacaq silah-sursat və hərbi texnikanın siyahısı ilə əlaqədar hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, məlumatın Hindistan Milli Müdafiə Kollecinin komandiri, general-leytenant Sinqh Dahiyanın İrəvanda səfərdə olduğu və Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdüyü bir vaxtda yayılması diqqətçəkən məqamdır.

Bundan əvvəl Hindistan Ermənistana haubitsalar da daxil olmaqla, hərbi texnikalar göndərib.axar.az