27 Aprel 2024
Hikmət Mirzəyevin yerinə bu general gətirilir - Görün kimdir...

Hikmət Mirzəyevin yerinə bu general gətirilir - Görün kimdir...

22 Yanvar 2024
Baxış: 506

General-leytenant Hikmət Mirzəyevin Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı vəzifəsinə təyin edilməsi müzakirəsiz ötüşməyib. Hazırda ən çox maraq doğuran sual isə XTQ-nin yeni komandanının kim olacağıdır.

AJMEDİA.İNFO bildirir ki, bu postu tutmağa layiq olan xeyli peşəkar zabit var. Hərbi ekspertlər də o fikirdədir ki, H. Mirzəyev XTQ-yə rəhbərlik etdiyi uzun illər ərzində öz yerini tutmağa layiq olan bir neçə yüksək rütbəli hərbçi yetişdirib.

Adının çəkilməsini istəməyən keçmiş yüksək rütbəli zabitlərdən biri Yenisabah saytına ən şanslı namizədin kimliyini açıqlayıb. Mənbə deyib ki, XTQ-nin yeni komandanı general-mayor Akif Pirverdiyev ola bilər.

Qeyd edək ki, Akif Səməndər oğlu Pirverdiyev peşəkar hərbçidir. Onun karyerasının əsas dövrü Müdafiə Nazirliyi ilə bağlıdır. A.Pirverdiyev polkovnik rütbəsini daşıdığı dövrdə Müdafiə Nazirliyində yüksək vəzifə tutub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 iyun 2022-ci ildə general-mayor rütbəsinə layiq görülüb, “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

H. Mirzəyev Quru Qoşunlarının komandanı-müdafiə nazirinin müavini təyin olunandan sonra A.Pirverdiyev onun vəzifəsini icra edir.