27 Aprel 2024
Həyəcan pik nöqtədə: Onlarla bağlı hansı qərar veriləcək?

Həyəcan pik nöqtədə: Onlarla bağlı hansı qərar veriləcək?

15 Fevral 2024
Baxış: 778

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin inauqurasiya mərasimindən sonra Azərbaycan hökuməti istefa verdi. Hazırda baş nazir Əli Əsədov daxil olmaqla, bütün hökumət üzvləri – Baş nazirin birinci müavini, iki müavini, 17 nazir, 7 Komitə sədri, 3 Xidmət rəisi və 2 Agentlik sədri öz vəzifələrini müvəqqəti icra edirlər.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, yeni hökumətin formalaşması uzun çəkməyəcək. Bu gün yaxud sabah yeni təyinatların olacağı gözlənilir.

Aldığımız məlumata görə, hökumətin istefası ilə əlaqədar olaraq, dövlət qurumlarda həyəcanlı atmosfer hökm sürür. Hökumət üzvlərinin əksəriyyəti kariyerası ilə bağlı ciddi narahatlıq keçirir. Hakimiyyət dəhlizlərində bir neçə nazirin yola salınacağı ilə bağlı xəbərlər dolaşır.

Bu sırada daha çox 4 şəxsin - FHN başçısı Kəmaləddin Heydərovun, Müdafiə naziri Zakir Həsənovun, Elm və Təhsil naziri Emin Əmrullayevin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının adları hallanır. Kimin gedib, kimin qalacağı isə yaxın günlərdə məlum olacaq.