28 Aprel 2024
"Hər zaman İsrail xalqının və dövlətinin yanında olduğumuzu bəyan edirik!” - David Seliverstov

"Hər zaman İsrail xalqının və dövlətinin yanında olduğumuzu bəyan edirik!” - David Seliverstov

07 Oktyabr 2023
Baxış: 634

Oktyabrın 7-də HƏMAS qruplaşması Qəzza zolağından İsrail ərazisinə hücum edib, raket atəşinə başlayıb. Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket və mərmi atılıb.

Bunu AJMEDİA.İNFO-ya İsraildə baş verən hücumlarla əlaqədar öz müsahibəsində Magen David Groupun rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov bildirib.

Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları ürəkağrısı ilə izləyirik.
Yenə qəddar hücumlarda günahsız insanlar həyatlarını itirimiş və çoxlu sayda yaralılar vardır.

“İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı - onların girov götürülərək işgəncə verilməsini, günahsız insanlara avtomatlardan atəş açılmasını terror aktı kimi qiymətləndirir və pisləyirik."