29 Aprel 2024
HƏMAS İsrailə daha 100 raket atdı - DAĞINTILAR VAR

HƏMAS İsrailə daha 100 raket atdı - DAĞINTILAR VAR

12 May 2021
Baxış: 721

HƏMAS hərəkatının “İzzəddin al-Kassam briqadası” silahlı qanadı İsrailin Beer-Şeva şəhərinə tərəf 100 raket buraxıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə Fələstinin “Dunya Al Watan” informasiya portalı məlumat yayıb.

"Bir qədər əvvəl İsrailin raket zərbəsi nəticəsində Qəzzanın mərkəzindəki əl-Cauhar yüksəkliyi tamamilə dağılıb. Zərbə zamanı yüksəklikdəki səkkizmərtəbəli binada heç kim olmayıb, çünki bundan əvvəl hamını tələm-tələsik evakuasiya ediblər, xəsarət alan yoxdur.

Bu, Qəzzada son bir neçə saat ərzində hücum zamanı məhv edilmiş ikinci hündürmərtəbəli binadır. Daha əvvəl İsrail aviasiyasının hücumlarından biri nəticəsində mehmanxana və ofislərin yerləşdiyi 14 mərtəbəli Burc Hanadi binası tamamilə dağıdılıb. Binada olanların hamısı vaxtında evakuasiya edilib. Bundan sonra “İzzəddin əl-Kassam briqadası” Təl-Əvivə və onun ətrafına doğru 130 raket buraxıb" - Fələstin saytının məlumatında bildirilib.

“Dunya Al Watan” portalının məlumatına görə, hazırda hava həyəcanı siqnalının səsləri Beer-Şeva, həmçinin Təl-Əviv şəhərlərində eşidilməkdədir.