29 Aprel 2024
“Həmas” İsrailə 130 raket atıb - Ölən və yaralananlar var

“Həmas” İsrailə 130 raket atıb - Ölən və yaralananlar var

12 May 2021
Baxış: 552

Fələstinin "Həmas" radikal qruplaşmasına daxil olan "İzzəddn əl-Qassam briqadaları" Qəzza zolağından Tel-Əvivə və İsrailin mərkəzinə 130 raket atıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə "The Times of İsrael" qəzeti yazıb. Bildirilir ki, raket zərbələri nəticəsində 1 nəfər ölüb, azı 8 nəfər yaralanıb. Ölən şəxs qadındır.

Nəşr yazır ki, hava zərbələrindən sonra Ben-Qurion hava limanı bağlanıb.

Eyni zamanda “Ynet” xəbər portalı da Təl-Əviv yaxınlığındakı Rişon-le-Sion şəhərinə raket zərbəsi nəticəsində 1 qadının həlak olması barədə məlumat yayıb.

Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ölkə Qəzza sektorunda hərbi qüvvələrinin sayını və zərbələrin tezliyini artırmaq niyyətindədir.

Xatırladaq ki, Qəzza sektorunda eskalasiya bazar ertəsi axşam saatlarında başlayıb. Bu, son illər ərzində ən böyük hərbi qarşıdurmalardandır. Çərşənbə axşamı səhər İsrail Qəzza sektorundan ölkə ərazisinə 200-dən çox raketin buraxıldığını bildirib. Buna cavab olaraq İsrail hərbçiləri Fələstinin 130 hərbi hədəfinə zərbələr endiriblər. Nəticədə HƏMAS-ın 15 silahlısı həlak olub. İsrail hökuməti müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.