30 Aprel 2024
Helikopter qəzasından sağ çıxan hərbçimiz: “Hündürdən sürətlə yerə çırpıldıq" - VİDEO

Helikopter qəzasından sağ çıxan hərbçimiz: “Hündürdən sürətlə yerə çırpıldıq" - VİDEO

01 Dekabr 2021
Baxış: 651

DSX-nin qəzaya uğramış helikopter qəzasından sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib.

AJMEDİA.İNFO xəbər verir ki, onlar "REAL TV"yə danışıb.

Hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov bunları deyib: "Enişi yerinə yetirilməsində qəza zamanı baş verdi. Helikopterə yerə yıxılandan ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopter desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnuiçin kabinəsinin giriş yanında idim. Heç bir şübhəli məqam yox idi".

Digər yaralı hərbçi, kapitan Ramil Ədilov bildirib ki, enişə gələndə birdən-birə idarəetmə itirilib: “Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki, buradayam. Heç bir kənar müdaxilə olmayıb. Külək də elə çox deyildi. Üzüm və sol dizim əzilib. Qalan hər şey qaydasındadır. Hər dəfə atış yerinə getdiyimiz poliqon idi. Helikopterin qarantiya müddəti bitmişdi. Təmirdən yeni gəlmişdi”.