29 Aprel 2024
Həbsdə olan sabiq icra başçısının kadrı İŞDƏN ÇIXARILDI

Həbsdə olan sabiq icra başçısının kadrı İŞDƏN ÇIXARILDI

24 Dekabr 2021
Baxış: 646

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, “Unikal.org”un məlumatına görə, bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb. Əmrə əsasən, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı Tapdıq oğlu işdən çıxarılıb.

Qeyd edək ki, A.Dilavərov Cəlilabad RİH-nin sabiq başçısı Namiq Zeynalovun dövründə həmin vəzifəyə təyin edilmişdi.

Xatırladaq ki, Namiq Zeynalov ötən ilin dekabr ayında həbs edilib.