29 Aprel 2024
Həbsdə olan daha bir icra başçısı koronavirusa yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR

Həbsdə olan daha bir icra başçısı koronavirusa yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR

14 Sentyabr 2021
Baxış: 570

Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılan vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub.

AJMEDİA.İNFO xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, xəstəliyi ağır keçirdiyindən o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.

İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. O, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.