28 Aprel 2024
Hadrutda müəmmalı tunel aşkarlandı - VİDEO

Hadrutda müəmmalı tunel aşkarlandı - VİDEO

01 Yanvar 2022
Baxış: 624

Viran edilmiş kənd və şəhərlərin, qəsəbələrin yenidən salınması yolla başlayır.

AJMEDİA.İNFO xəbər verir ki,Hadrut qəsəbəsinə 39,7 km uzunluğunda və 1-ci texniki dərəcəyə uyğun Şükürbəyli-Cəbrayıl-Hadrut yolu çəkilir. Hazırda yolda qazma və torpaqlama işləri aparılır.

Qəsəbədə yerləşən və istismar müddətini demək olar ki, başa vuran elektrik yarımstansiyası müharibədən sonra yeniləndi. Buraya Cəbrayıldan elektrik xətləri çəkildi və qəsəbənin əsas obyektləri elektrik enerjisi ilə təmin olundu. Daha sonra Prezident İlham Əliyev tərəfindən qəsəbədə tam müasir tipli yeni qovşaq yarımstansiyasının təməli qoyuldu.

Baku TV-nin çəkiliş qrupu Hadrutdakı evləri müşahidə edərkən maraqlı mənzərə ilə qarşılaşıb. Qəsəbədəki evlərdən birində tunel olduğu məlum olub. İlkin ehtimala görə, ermənilər bu tunellərdən qaçmaq və gizlənmək üçün istifadə edib.