Bu bürclər mayda PUL İTİRƏCƏKLƏR - XƏBƏRDARLIQ!
dünən 18:00Hadrut istiqamətində yanğın: helikopter qaldırıldı - VİDEO
05 İyul 2021
Baxış: 522
Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumat əsasında dərhal nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.