28 Aprel 2024
Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələdilər - SAXLANILANLAR VAR + FOTOLAR

Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələdilər - SAXLANILANLAR VAR + FOTOLAR

19 Yanvar 2022
Baxış: 627

Bu gün açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəli artıq zədələnib.

AJMEDİA.İNFO xəbər verir ki, Tağıyevin əlindəki təsbeh qırılaraq yerə düşüb.

Bunu əks etdirən fotonu təqdim edirik:

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər artıq saxlanılıb.

AJMEDİA.İNFO-ya bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib", - o deyib.

Hazırda faktla bağlı araşdırma aparılır.