27 Aprel 2024
Güləş Federasiyasından biabırçı başlıq: Qalib gələn xanım güləşçimizi belə təqdim etdilər - FOTOLAR

Güləş Federasiyasından biabırçı başlıq: Qalib gələn xanım güləşçimizi belə təqdim etdilər - FOTOLAR

15 Avqust 2022
Baxış: 488

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında yunan-roma güləşi üzrə qızıl medal qazanan Jalə Əliyeva haqqında Güləş Federasiyasının rəsmi "facebook" səhifəsindəki paylaşım tənqidlərə səbəb olub.

AJMEDİA.İNFO xəbər verir ki, federasiyanın səhifəsində Jalə Əliyevanın qələbəsinə "Oğulsan Jalə, oğul!" başlığı yazılıb. Bu isə qadın istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar xanım güləşçiyə bu cür xitab edilməsinin düzgün addım hesab etmədiklərini və bununla əslində onun alçaldıldığını bildiriblər.

Sözügedən paylaşımla bağlı Güləş Federasiyası ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticə vermədi.

Həmin paylaşımı təqdim edirik: