27 Aprel 2024
"Gorus-Qafan yolu razılaşma əsasında Azərbaycana VERİLDİ" - Manukyan

"Gorus-Qafan yolu razılaşma əsasında Azərbaycana VERİLDİ" - Manukyan

21 Dekabr 2021
Baxış: 484

"Azərbaycan hərbçiləri Zəngəzurun kəndlərinə yaxınlaşanda Baş nazir Nikol Paşinyan bildirib ki, onlar razılaşmalar əsasında irəliləyiblər".

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

Deputat xüsusilə qeyd edib ki, həm o, həm də həmkarı Qeqam Manukyan məsələ ilə bağlı Müdafiə Nazirliyi, Baş Qərargah və digər dövlət strukturlarına sorğu göndəriblər.

Qriqoryan həmçinin, “Həqiqətən nə baş verdiyi ilə bağlı dəqiq cavabımız yoxdur”, - deyə açıqlamasında bildirib.

Deputat Qeqam Manukyan isə "Bu yaxınlarda Baş Qərargah rəisindən tamamilə gözlənilməz cavab aldım. Cavabı tam dərc etməyə haqqım yoxdur. Amma bir şey aydındır. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Artak Davtyanın sözlərinə görə, Zəngəzurda yerləşən bölmələri və könüllü dəstələri təxminən 20 km geri çəkiib. Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi razılaşdırılmış və imzalanmış sənəd əsasında Azərbaycanın nəzarətinə keçib", - deyə ifadə edib. (Unikal.org)