29 Aprel 2024
General yeni savaşın anonsunu verdi: “Türkiyə ilə anlaşmışıq”

General yeni savaşın anonsunu verdi: “Türkiyə ilə anlaşmışıq”

18 Avqust 2021
Baxış: 967

Liviya ordusu ölkədə yenidən müharibənin başlayacağı ehtimalının olduğunu açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Liviya ordusunun Qərb Dairəsinin komandanı general-mayor Üsamə əl-Cüveyli açıqlama ilə çıxış edib.

General döyüşlərin yenidən başlayacağı əlamətlərinin artıq göründüyünü bildirib.

Cüveyli Qərb dövlətlərinin əvvəlki qanuni hökumətin Türkiyə ilə imzaladığı razılaşma və anlaşma memorandumlarının dondurulması tələbini birmənalı olaraq rədd etdiklərini bildirb:

“Türkiyə ilə razılaşma beynəlxalq səviyyədə tanınan hökumətin Tripoliyə hücumları dəf etmək istəyi ilə əldə edilib. Rusiya və digər ölkələr isə Liviya ilə heç bir razılaşmanı dəstəkləmir”.(teleqraf.com)