29 Aprel 2024
General-mayor Rüstəm Mirəlizoda Azərbaycanda narkotiklərə qarşı mübarizəni yüksək qiymətləndirdi

General-mayor Rüstəm Mirəlizoda Azərbaycanda narkotiklərə qarşı mübarizəni yüksək qiymətləndirdi

30 Noyabr 2021
Baxış: 575

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da ölkəmizdə səfərdə olan Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) direktoru, milis general-mayoru Rüstəm Mirəlizodanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qonaqları salamlayan nazir Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu ümummilli bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb.

Görüşdə Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın mexanizmləri, məlumat mübadiləsi qaydaları, razılaşdırılmış əməliyyat və əməliyyat-axtarış tədbirlərinin təşkili, həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

Səmimi qəbula və aparılan səmərəli müzakirəyə görə minnətdarlığını bildirən Rüstəm Mirəlizoda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin ən fəal üzvlərindən olduğunu qeyd edərək son illər Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan kəsərli və barışmaz mübarizəni yüksək qiymətləndirib.