29 Aprel 2024
Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatnın sədrindən yubiley təbriki

Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatnın sədrindən yubiley təbriki

24 Dekabr 2021
Baxış: 557

Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatnın sədri Beynəlxalq Təhsil üzrə ekspert Sərdar Yusifoğlu Pezident İlham Əliyevi təbrik etdi.

TƏBRİK MƏKTUBU

Hörmətli Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Azərbaycan xalqına yaşatdığınız tarixi qələbə üçün Sizə minnətdaram! Sizin rəhbərliyinizlə qüdrətli Ordumuz və igid əsgərlərimiz rəşadət göstərərək bizə möhtəşəm Zəfər yaşatdılar. Siz Azərbaycan xalqının tarixi həsrətinə son qoyaraq, Qarabağımızı azad etdiniz və kimliyimizi bizə qaytardınız. Sizin rəhbərliyinizlə ölkəmiz dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.

Cənab Prezident! Sizi 60 illik yubileyiniz münasibətilə, "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi (GEMİ) adından təbrik edir, uzun ömür, can sağlığı arzu edirik. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edib, gənclər və idman sektorunda sürətli canlanma yaranıb.

Sizin imzaladığınız müxtəlif sərəncam və fərmanlar, dövlət proqramları, habelə sahibkarlıq, QHT-lər və gənclər təşkilatlarının inkişafı üçün yaratdığınız qurumlar bu gün cəmiyyətdə böyük əhəmiyyət daşıyır və gənclərimizin biznes fəaliyyəti, həm də ictimai fəallığı üçün yardımçı olmaqdadır.

Bildirmək istərdik ki, "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi olaraq, dövlətimizin, Prezidentimizin yanındayıq və Sizin apardığınız davamlı islahatlar nəticəsində Azərbaycanın qabaqcıl ölkələrdən birinə çevriləcəyinə şübhə etmirik. Sizi bir daha təbrik edir, hələ uzun illər gümrah və enerjili Prezident kimi, ölkəmizi və xalqımızı təmsil etməyinizi arzulayırıq.

“HörmətliPrezident, cənab Ali BaşKomandan.

Doğumgününüzütəşkilatüzvlərivəailəmadındanənsəmimiarzularlatəbrikedirəm.ÖzgücünüUluÖndərinmirasındanalan,ölkəmiz, müdrikrəhbərliyiniziləgündən-günəinkişafedir.


Hörmətlə,

SərdarYusifoğlu

GəncliyinElmi-MədəniİnkişafıİctimaiBirliyininsədri

Beynəlxalq Təhsil üzrə ekspert