27 Aprel 2024
Gənc ifaçı Manafla efirə çıxmaq istəmədi: "Mənə zəng etsin, görüm..." — VİDEO

Gənc ifaçı Manafla efirə çıxmaq istəmədi: "Mənə zəng etsin, görüm..." — VİDEO

17 Yanvar 2023
Baxış: 507

Son vaxtlar sosial şəbəkədə gündəm olan “Tufan var” mahnısının ifaçısı Ceyhun Səmədov efirə çıxmaqdan imtina edib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə “Xəzər axşamı” verilişində baş verib.

Bu barədə proqramın aparıcısı Mətanət Əliverdiyeva bildirib.

Mətanətin sözlərinə görə, Ceyhun efirdə qonaq olan Manaf Ağayev və Ülviyyə Namazova ilə konseptlərinin uyğun olmadığını qeyd edib.

“Əslində mən o uşağı tanımırdım… Hidrometeoroloji proqnozlar bürosundan idi o oğlan ya necə? Cavan uşaqdır. İndiki cavanlara demək istəyirəm ki, məni indi çağırıb desələr ki, yaşlı sənətkarımızla bir səhnəni bölüşəcəksən, ayaqyalın gələrdim”, - deyə, Əliverdiyeva bildirib.

M Ağayev isə “Allah ruzisini versin. Amma o sözü deyibsə, Allah onun ruzisini verməyəcək. Mənə zəng etsin, görüm niyə gəlməyib? Mən onun yaşı qədər sənətdəyəm, heç soruşmamışam ki, efirdə qonaq kimdir?”, - deyə, söyləyib.

Qeyd edək ki, son günlərin populyar ifaçısı Ceyhunun “Getmə” mahnısı da yutubda bir aya 2 milyondan çox baxış toplayaraq trend musiqi cədvəlində öz yerini tutub. (Olay)