28 Aprel 2024
Fransalı parlamentari: “Valeri Pekres Azərbaycanı qıcıqlandıran kəlmələr işlətdi”

Fransalı parlamentari: “Valeri Pekres Azərbaycanı qıcıqlandıran kəlmələr işlətdi”

19 Yanvar 2022
Baxış: 607

“Valeri Pekres Azərbaycanı qıcıqlandıran kəlmələr işlədib”.

Bunu Fransa Milli Assambleyasında (Parlament) “İrəliləyən Respublika” partiyasının qrup rəhbəri Kristof Kastaner yerli mediyaya müsahibəsində bildirib.

Jurnalistin Valeri Pekresin dövlət başçısından dəstək görməməsinin səbəbləri ilə bağlı sualını cavablandıran siyasətçı Emmanuel Makronun hər zaman ölkənin rəsmi şəxslərini müdafiə etdiyini və bundan sonra da edəcəyini bildirib.

"Fransa prezidentliyinə namizəd, Paris regionunun prezidenti Valeri Pekres Azərbaycanı qıcıqlandıran sözlər deyərək, bunu etməkdə isə tam azad olduğunu qeyd edib", - Kastaner vurğulayıb.

Qeyd edək ki, “İrəliləyən Respublika” Fransa Prezidenti Emmanuel Makronun yaratdığı və seçildiyi siyasi partiyadır.