09 May 2024
Fransa səfirindən Füzulidə yaralanan fermerlə bağlı PAYLAŞIM - FOTO

Fransa səfirindən Füzulidə yaralanan fermerlə bağlı PAYLAŞIM - FOTO

30 May 2022
Baxış: 545

Fransanın Azərbaycandakı səfiri Zaxari Qros 2 gün əvvəl Füzuli rayonunda minaya düşərək yaralanan fermer barədə təəssüf hissi keçirdiyini bildirib.

AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə o, “Twitter” hesabında qeyd edib.

“Mayın 28-də 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basdalayaraq yaralanması xəbəri təəssüflə qarşılanıb. Ona tam sağalmağı arzulayıram”, – deyə səfir təəssüf etdiyini bildirib.

Zaxari Qros həmçinin qeyd edib ki, Fransa səfirliyi minatəmizləyicilər üçün detektorlar və alət dəstləri almaqla Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir.