28 Aprel 2024
Fransa Prezidentinin keçmiş köməkçisi üç il azadlıqdan məhrum edildi

Fransa Prezidentinin keçmiş köməkçisi üç il azadlıqdan məhrum edildi

05 Noyabr 2021
Baxış: 299

Fransa Prezidenti Emmanuel Makronun administrasiyasının keçmiş əməkdaşı Aleksandr Bennall iki ili şərti olmaqla 3 il müddətinə azadlıqdan məhrum olunub.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bildirilib ki, E.Makronun keçmiş köməkçisi 2018-ci ilin mayında Fransada etiraz aksiyasının iştirakçılarına güc tətbiq etməkdə ittiham olunub. O, 2018-ci il mayın 1-də yürüş iştirakçısı olan gənc qadınla kobud davranıb, onun başına bir neçə zərbə vurduqdan sonra aradan çıxıb.