29 Aprel 2024
“Formula 1” pilotu Fransa polisinin maşınını sınaqdan keçirdi – FOTO/VİDEO

“Formula 1” pilotu Fransa polisinin maşınını sınaqdan keçirdi – FOTO/VİDEO

03 Yanvar 2022
Baxış: 675

“Formula 1” pilotu, Macarıstan Qran Prisinin qalibi (2021-ci il) Esteban Okon yeni ilə bir qədər qeyri-adi təcrübə ilə başlayıb.

O, Fransa Milli Jandarmasının sifarişi ilə “Renault” konserninin idman bölməsi tərəfindən istehsal olunan “Alpine A110”un xüsusi versiyasını sınayıb.

Okon sosial media hesabından sürücülük bacarığını nümayiş edən görüntülərini paylaşıb.

“Məni baş sürücü-təlimatçı təyin etdilər! İl yaxşı başlayır! Hər kəsin Yeni ili mübarək!”, - deyə pilot şən halda öz paylaşımını şərh edib.

They gave me the title of chief driving officer 🚨 👮‍♂️ Starting the year right @Gendarmerie enjoy ! Happy 2022 everyone ! #EO31 @alpinecars pic.twitter.com/jwMPxHZQ8r

— Esteban Ocon (@OconEsteban) January 1, 2022
Teqlər: Formula 1