29 Aprel 2024
Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb - FOTOLAR

Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb - FOTOLAR

05 Aprel 2022
Baxış: 392

Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

AJMEDİA.İNFO “Report”a istinadən xəbər verir ki, qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş azərbaycanlılara aiddir.

Davam edən qazıntılar zamanı birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.

Qeyd edək ki, daha əvvəl də ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.

Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.