27 Aprel 2024
Fələstin lideri erməni Varsen Aqabekyanı nazir TƏYİN ETDİ

Fələstin lideri erməni Varsen Aqabekyanı nazir TƏYİN ETDİ

29 Mart 2024
Baxış: 293

Fələstin lideri Mahmud Abbas yeni hökumətin tərkibini elan edib.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, kabinetdə digərləri ilə yanaşı, erməni nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Aqabekyandır, o, Fələstinin Xarici İşlər və Mühacir İşləri üzrə Dövlət naziri təyin edilib.


Aqabekyanın 1958-ci ildə İordaniyada anadan olduğu bildirilir. O, prezidentin Fələstində Kilsə İşlərinə Nəzarət üzrə Ali Komitəsinin üzvüdür. 1983-cü ildə ABŞ-nin İndiana ştatının Purdue Universitetində magistr dərəcəsi, Pittsburq Universitetində isə siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Yerusəlim Universitetində dosent, sonra dekan vəzifəsində çalışıb.