28 Aprel 2024
Fazil Mustafanı güllələyən şəxslər tutulub

Fazil Mustafanı güllələyən şəxslər tutulub

03 Aprel 2023
Baxış: 401

Paytaxtın bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. yenisabah.az