27 Aprel 2024
Fazil Mustafa: “Qəbuluma gələn 15 nəfərdən 10-u iş, 5-i borc istədi” - VİDEO

Fazil Mustafa: “Qəbuluma gələn 15 nəfərdən 10-u iş, 5-i borc istədi” - VİDEO

12 Aprel 2022
Baxış: 586

“Qəbuluma gələn təqribən 15 nəfərdən 10 nəfər məndən iş istədi, məşğulluq idarəsindən yox, deputatdan. 5 nəfər məndən borc istədi. Bankdan borc istəmirdi, deputatdan istəyirdi. Onlar fırıldaqçı deyildilər".

Bu sözləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib:

"Heç kim də bir təkliflə gəlməmişdi, çünki insanların dərdi artıb. İnsanların dövlətə inamı azalıb. Birini “Akkord” aparıb Qazaxıstanda işlədib, onlarla fəhlənin pulunu verməyib. Rayon yerlərində olanların əksəriyyəti maaş kartlarını sələmçiyə təminat üçün veriblər". YeniMusavat