27 Aprel 2024
"Farslar İslam dünyasına nifrət edir" - Sabir Rüstəmxanlıdan İrana SƏRT SÖZLƏR

"Farslar İslam dünyasına nifrət edir" - Sabir Rüstəmxanlıdan İrana SƏRT SÖZLƏR

02 May 2022
Baxış: 1506

"Peygəmbər əfəndimizin vətəni olan, İslam dininin yarandığı və müqəddəs Quranın endirildiyi yer olan Səudiyyə Ərəbistanında, İndoneziyadan başlamış Mərakeşə qədər bütün müsəlman dünyasında bu gün Ramazan bayramıdır. Hamının bayramı mübarək olsun!"

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı özünün feysbuk hesabında yazıb.

"Bütün ölkələrdə camelər dolub-daşır, bayram namazları qılınır, doğmaların məzarları ziyatət edilir, evlərdən fitrə çıxarılır, imkansızlara yardımlar edilir. Dünyada möhtəşəm bir bayram havası var.

Təkcə İran tərslıklə ayağını yerə dirəyib ki, bayram bu gün yox, sabahdır... Bütün başqa bayram və din təqvimlərində də belə edir.Fars ordularını əzib İslamı İranda yayan Həzrəti Ömər və Həzrəti Osmana olan fars nifrəti min dörd yüz ildir ki, məzhəb adına İslam dünyasını parçalayır və bütün islam aləminə ikitirəlik salır. Bizim cahillərin də işi öz qafalarını işlətmədən, İranın din dəllalarının əmrini yerinə yetirməkdir", - deyə millət vəkili vurğulayıb.