29 Aprel 2024
Faciəvi şəkildə həyatını itirən 16 yaşlı Aylanın FOTOSU

Faciəvi şəkildə həyatını itirən 16 yaşlı Aylanın FOTOSU

16 May 2023
Baxış: 477

Məlum olduğu kimi, mayın 13-də Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında 2007-ci il təvəllüdlü Ayla Osman qızı Əliyeva həyatını itirib.

AJMEDİA.İNFO "Qafqazinfo"ya istinadən bildirir ki, Ayla Bakı şəhər 263 saylı orta məktəbin 10-cu sinif şagirdi imiş.

Hadisə vaxtı Aylanın anası Vəfa Əliyeva sürdüyü “Hyundai Sonata” markalı avtomobilin idarəetməsini itirərək qarşıda gedən TIR-a çırpıb. Nəticədə 16 yaşlı Ayla hadisə yerində həyatını itirib.

İlkin ehtimala görə, qəza V.Əliyevanın diqqətinin yayınması səbəbindən baş verib.

Qəza anını və həyatını itirən Aylanın fotosunu təqdim edirik:

Qəzada həyatını itirən 16 yaşlı Aylanın FOTOSU