09 May 2024
Əzəmətli Yəhudi irqi

Əzəmətli Yəhudi irqi

11 Aprel 2022
Baxış: 663

Yəhudilərin müasir dövrdəki intellektual uğurları və orta əsrlərdən bəri ticarət, tibb və maliyyə sahələrindəki məşğuliyyətlərində önə çıxmaları yəhudi xalqının uzun tarixinin ən çətin sirləri arasındadır. Eramızın 70-ci ilində Yerusəlimdə yəhudilərin müqəddəs Herod Məbədinin yəni, İkinci Məbədin dağıdılmasından sonra yəhudi dininin qorunub saxlanılması məsələsi əsas müzakirə mövzusuna çevrilmişdi. Dinin qorunub gələcək nəsillərə ötürülməsini və iqtisadi inkişafın zəruriliyini dərk edən yəhudi xalqı oxuyub yazmağı və bilik əldə etməyi qarşılarına əsas məqsəd qoymuşdular. Beləliklə,onlar zərurətdən doğan ehtiyacın hesabına elmin dərinliklərinə yiyələnməyə başladılar.

Yəhudilik, İkinci məbədin dağıdılmasına qədər iki əsas sütun üzərində dayanırdı. Onlardan biri Məbəddə həyata keçirilən ayinlər və digəri isə Tövratın öyrənilməsi idi. Romalıların Yerusəlimi işğal etməsi və Herod məbədini dağıtması nəticəsində yəhudiliyin və yəhudi dininin qorunması prioritet mövzusu olmuşdur. Buna görə də yəhudi xalqı müqəddəs kitabı olan Tövratı oxuyub, öyrənir və bu yolda bütün səylərini göstərirdilər. O andan etibarən Tövratın öyrənilməsi Yəhudi xalqının varlığının əsasını təşkil etdi. Bu yolda davamlılğı təmin etmək məqsədilə, yəhudilər övladlarına kiçik yaşlardan oxuyub və yazmaq bacarığını aşılayırdılar. Bu, insanların əksəriyyətinin savadsız olduğu bir dünyada demək olar ki, inqilabi inkişaf idi.

Yəhudi xalqı tarix boyu əsrlərlə zülmə, işgəncəyə məruz qalmış lakin bütün bunlara baxmayaraq, təhsilə və elmə yiyələnib, əzmkarlıqla mübarizə aparmışdır. Son 105 ildə 14 milyon yəhudi elm sahəsində 100-dən çox Nobel mükafatı qazanmışdır. Bir çox yəhudi əslli alimlərin bəşəriyyətə verdiyi töhvələr hamıya məlumdur. Bu irqin ixtiraları sayəsində əsrlər boyu insanların böyük bəlalardan yaxa qurtarmaqları danılmaz faktdır. Buna misal olaraq, poliomielit peyvəndinin ixtiraçısı yəhudi əslli Lonas Salkı deyə bilərəm ki, dünyada milyonlarla insanın həyatını xilas etmişdir. Barux Semyuel Blamberq adlı yəhudi əslli həkimin sayəsində insanlar Hepatit B virusundan qorunmuşdur. O, Hepatit B virusunu incələmiş və ona qarşı peyvənd icad etmişdir. QİÇS, miningit, malyariya, sepsis xəstəliklərinə qarşı bir sıra dərmanların ixtiraçısı Getruda Bell elayon adlı qadın da yəhudi irqinin nümayəndəsi olmuşdur. Danılmaz faktdır ki, bütün dünyada ən çox nobel mükafatı alan dahi insanlar yəhudi xalqının nümayəndələri olmuşdur. Sağlamlığımıza xidmət edən dahi yəhudilərdən antioksidantlar üzərində çalışmaları olan Paul Erlixdən tutmuş, qan qruplarının ixtiraçısı Karl Lendsteynerə qədər şəxsiyyətlərin böyük kəşflərindən günümüzün insanları hələ də yararlanmağa davam edir.Bundan başqa, fizika elminin inkişafında misilsiz əməyi olmuş Albert Eynşteyn başda olmaq üzərə Nils Bora qədər dahi yəhudi alimlərin çoxsaylı ixtiralarından bütün bəşəriyyət faydalanır. Uzun illər boyunca boyunca bəşəriyyətə tibbi inqilablar və elmə saysız-hesabsız töhfələr verərək, insanları, canlı varlıqları ağrılardan, bəlalardan, ölümdən xilas edən böyük xalq dərin sevgi və hörmətə hər zaman yetərincə layiqdir.


Müəllif

Gülüsüm Məmmədova