28 Aprel 2024
“Əsirlərlə bağlı bu məsələ tamamilə bağlanmalıdır” - Rüstəm Muradov

“Əsirlərlə bağlı bu məsələ tamamilə bağlanmalıdır” - Rüstəm Muradov

09 Dekabr 2021
Baxış: 526

Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşən Azərbaycan tərəfinin bütün hərbçiləri Rusiya sülhməramlılarının köməkliyi ilə geri qaytarılıb, hazırda saxlanılan erməni hərbçilərin qaytarılması istiqamətində işlər davam etdirilir.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi komandanının müavini Rüstəm Muradov məlumat verib.

“Bu günə qədər Azərbaycan tərəfinin bütün hərbçiləri geri qaytarılıb və saxlanılan erməni hərbçilərin qaytarılması istiqamətində işlər davam edir. Yaxşı pozitiv, anlaşma var. Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Və Rusiya sülhməramlıları bu işi sona çatdıracaqlar”, – Muradov bildirib.

O qeyd edib ki, saxlanılanların geri qaytarılması ilə bağlı işi sülhməramlıların mülki borcu hesab edir.

“Bir hərbçi kimi mən onların necə hisslər keçirdiklərini başa düşürəm. Mən Bakıya uçduğumuz ilk reysi və qayıdandan sonra İrəvandakı Erebuni aerodromunda həmin hərbçilərin üzlərini xatırlayıram. Onlar evlərinə qayıtdıqlarına inanmırdılar”, – baş komandanın müavini deyib.